Təşkilat haqqında

“Bilik və Maarifçiliyin İnkiaşafı” İctimai Birliyi ( keçmiş “Bilik” Maarifçilik Cəmiyyəti Gəncə Regional Təşkilatı / “Bilik”QHT) Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edən, demokratik dəyərlərin formalaşmasına çalışan, davamlı inkişaf strategiyasının həyata keçirilməsində fəal iştiraka cəhd göstərən milli qeyri-hökumət təşkilatıdır.

Təşkilatın əsas fəaliyyət istiqamətləri fasiləsiz təhsil, icma və yerli özünü idarəetmənin inkişafı, yeni yaranmış ictimai birliklərin təşkilati bacarıqlarının artırılması, ictimai kitabxanaların inkişaf etdirilməsi, vətəndaş iştirakçılığının təşviqi və ictimai maraqların qorunması kimi sahələri əhatə edir.

Təşkilat əsas və çoxsahəli fəaliyyətinə 1998-ci ildən “Bilik” Maarifçilik Cəmiyyəti Gəncə Regional Təşkilatı statusunda başlamışdır. 12 yanvar 2010-cu il tarixində keçirilmiş ümumi yığıncağın qərarı ilə “Bilik” Maarifçilik Cəmiyyəti Gəncə Regional Təşkilatı transformasiya edilmiş, təşkilatın bazasında onun fəaliyyətlərinin hüquqi davamçısı olaraq, “Bilik və Maarifçiliyin İnkiaşafı” İctimai Birliyi təsis edilmişdir.

Keçən dövrdə uğurlu və cəmiyyət üçün faydalı olan fəaliyyət nəticəsində təşkilatın geniş tərkibli işçi heyəti, kommunikasiya, avadanlıq, informativ texnologiyalar üzrə treninq-mərkəz,təlim və digər resursları formalaşmışdır.

“Bilik”QHT-nin əsas və cəlb edilən işçi heyəti informasiya, kommunikasiya texnologiyaları, biznes, hüquq, bələdiyyə quruculuğu, qeyri-hökumət təşkilatlarının institusional inkişafı, icma inkişafı, advokasi və digər sahələr üzrə praktik təcrübəyə malik mütəxəssislərlə xarakterizə olunur.

“Bilik”QHT Azərbaycan Milli QHT Forumunun, Qafqaz qeyri-hökumət təşkilatları şəbəkəsinin (CRİNGO Network), Yaşlıların Təhsil Assosasiyasının (YTA), “Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT koalisiyasının, Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platformasının üzvüdür.

Fəaliyyət arealımız

map

Son xəbərlər
Statistika
Flag Counter
Təqvim
Июль 2024
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
293031