Nəşrlər

"Ədələtli və şəffaf seçkilərə necə nail olmaq olar? Sənin bu prosesdə rolu"

Ədələtli və şəffaf seçkilərə necə nail olmaq olar?
Sənin bu prosesdə rolun
Bu broşura bələdiyyə seçkilərində seçicilərin seçki prosesində iştirakı, seçki məcəlləsinin seçicilər arasında təşviq edilməsi ilə bağlı maarifləndirmə işinin təşkilinə həsr olunmuşdur.

 

Müəllimlərə, şagirdlərə və valideynlərə sakinlərə psixoloji yardım
Müəllimlərə, şagirdlərə və valideynlərə sakinlərə psixoloji yardım

Bu broşura, «İctimai–fəal məktəb» modelinin Gəncə şəhərinin iki pilot məktəbində tətbiq edilməsi çərçivəsində, keçirilmiş psixoloji seminarlarda müəllimlərin, şagirdlərin və icma üzvlərinin (sakinlərin) birgə araşdırması nəticəsində ortaya çıxmış suallara cavab verir.

Broşura qeyd olunan ictimai qruplara (müəllimlər, şagirdlər, valideynlər, sakinlər) psixoloji yardım məqsədi ilə çap edilmişdir.

 

Həddi-buluğa çatmış qızlara və gənc analara hüquqi və psixoloji yardım
Həddi-buluğa çatmış qızlara və gənc analara hüquqi və psixoloji yardım

Bu broşurada həddi-buluğa çatmış gənc qızların və gənc anaların məruz qaldığı psixoloji, hüquqi, iqtisadi, ailə-məişət problemlərinin, təhsil problemlərinin araşdırılmasına həsr olunmuş seminar-konfrans materialları toplanmışdır.

Broşura qeyd olunan gender qrupunun üzləşdiyi problemlərin aradan qaldırılmasına cəmiyyətin diqqətinin artırılması məqsədilə çap edilmişdir.

 

Sosial problemlərin analizi və strateji planlaşdırma
Sosial problemlərin analizi və strateji planlaşdırma

Bu broşura, bələdiyyələrdə sosial problemlərin analizi və strateji planlaşdırılma ilə bağlı Azərbycan Respublikasının Qərb regionunda (Gəncə və Gəncəbasarda) aparılan tədqiqalar toplusudur. Broşurada müxtəlif bələdiyyələrdə aparılmış tədqiqatlar və onların analizi, sosial problemlərin həlli yolları və strateji planlaşdırma metodları göstərilmişdir.

Broşuradan bələdiyyə qulluqçuları, bələdiyyə üzvləri, icma və bələdiyyə problemləri ilə məşğul olan QHT-lər, digər təşkilatlar və universitet tələbələri istfadə edə bilərlər.

 

Word, Windows, Internet
Word, Windows, Internet

Bu metodik vəsait «Bilik» MQHT tərəfindən həyata keçirilən «Vətəndaş təhsili» proqramı çərçivəsində çap edilmişdir.

Metodik vəsait informasiya texnologiyalarından istifadə ilə bağlı milli resursların artırılması məqsədi daşıyır.

Metodik vəsaitin əsas üstünlüyü ondan ibarətdir ki, burada bütün mövzular konkret və lakonik şəkildə verilmişdir. Bu isə hər bir informasiya istifadəçisinə, öz ehtiyaclarını ödəmək üçün, zəruri olan komputerdən istifadə bacarıqları əldə etməsinə imkan yaradır.

Metodik vəsait müxtəlif vətəndaş cəmiyyəti qrupları, o cümlədən, şagirdlər, tələbələr, müstəqil fəaliyyətə başlayan gənclər, icma nümayəndələri, bələdiyyə üzvləri və qulluqçuları üçün nəzərdə tutulmuşdur.

 

Bələdiyyə quruculuğunun təşkilati əsaslarına dair metodik vəsait
Bələdiyyə quruculuğunun təşkilati əsaslarına dair metodik vəsait

Bu vəsait Azərbaycanda bələdiyyə institutlarının nisbətən yeni yaranması ilə bağlı (1999 il) bələdiyyələrin icra aparatının işinin təşkilinə, yerli özünüidarəetmə orqanlarının təşkilati əsaslarının qurulmasına həsr edilmişdir.

Metodik vəsaitə bələdiyyələrin nümunəvi iş reqlamenti, icra aparatında kargüzarlığın aparılması qaydaları, ştat cədvəli, istifadə olunan sənədlərin vahid forma və nümunələri daxil edilmişdir.

Metodik vəsait rayon, qəsəbə və kənd bələdiyyələrinin praktik istifadəsi üçün nəzərdə tutulmuşdur.

 

Meşələr planetimizin ağ ciyərləridir
Meşələr planetimizin ağ ciyərləridir

Meşələrin, meşə zolaqlarının qırılmasının qarşısının alınması, bunu doğuran səbəblərin aradan qaldırılması, habelə meşə və meşə massivlərinin qorunması və artırılması, ətraf mühitin qorunması sahəsində vətəndaş cəmiyyəti qarşısında duran əsas ekoloji vəzifələrdəndir.

Bu broşura meşələrin qorunub saxlanılması və bərpası, meşə sərvətlərindən düzgün istifadə sahəsində xüsusi biliklərin, habelə vətəndaşların qanunvericilikdə nəzərdə tutulan ekoloji hüquq və vəzifələrinin təbliği məqsədilə çap edilmişdir.

 

Kadrlar, günümüzün reallıqları, kadr hazırlığının müasir meyarları
Kadrlar, günümüzün reallıqları, kadr hazırlığının müasir meyarları
Bu broşurada, «Şərq-Şərq» ölkələrarası əməkdaşlıq proqramı çərçivəsində, dayanıqlı inkişaf strategiyasında kadr hazırlığı problemlərinin araşdırılmasına həsr olunmuş seminar-konfrans materialları toplanmışdır.Broşura kadr hazırlığı, kadrların yenidən hazırlığı ilə məşğul olan müvafiq dövlət qurumlarına, biznes-strukturlara və eləcə də missiyası uyğun olan QHT-lərə yardımçı material kimi çap edilmişdir.

 

İqtisadi informasiyanın kompüterdə işlənməsi
İqtisadi informasiyanın kompüterdə işlənməsi

Bu metodik vəsait «Bilik» MQHT tərəfindən həyata keçirilən «Vətəndaş cəmiyyəti quruculuğu və biznesin inkişafı» proqramı çərçivəsində sahibkarlığın regionda inkişafına kömək məqsədi ilə çap edilmişdir.

Metodik vəsaitə müəssisələrdə mühasibatlığın avtomatlaşdırılmasını təmin edən «Excel», «AzMühasib» kimi müasir proqram təminatları daxildir. Buraya praktik nümunələrin salınması metodik vəsaitdən istifadəni xeyli asanlaşdırır.

Metodik vəsait sahibkarlığın inkişafında maraqlı olan təşkilatlar, biznes-məsləhət mərkəzləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün faydalı ola bilər.

 

Məktəbdə vətəndaş təhsili
Məktəbdə vətəndaş təhsili

Bu broşura «Bilik» MQHT tərəfindən həyata keçirilən «Vətəndaş təhsili» proqramı çərçivəsində çap edilmişdir.

Broşuraya gənclərin, demokratik cəmiyyətin məsuliyyətli, fəal bir vətəndaşı kimi formalaşmasında, ehtiyac duyulan hüquqi, ictimai, mənəvi, iqtisadi, təhsil bölmələri, habelə vətəndaş cəmiyyətinin əsas prinsipləri haqda məlumatlar daxil edilmişdir.

Broşura vətəndaş təhsili ilə məşğul olan təlimçilərə, ictimai təşkilatlara və digər qurumlara köməkçi material kimi çap edilmişdir.

 

Biznesin təşkilinə kömək
Biznesin təşkilinə kömək

Bu metodik vəsait, «Bilik» MQHT tərəfindən «İctimai-fəal məktəb» modelinin Gəncə şəhərinin iki pilot məktəbində tətbiq edilməsi çərçivəsində, sahibkarlıqla məşğul olmaq istəyən və ya arzusunda olan yuxarı sinif şagirdlərinə, məktəb məzunlarına, məktəbin yerləşdiyi ərazidə yaşayan digər icma üzvlərinə kömək məqsədi ilə çap edilmişdir.

Metodik vəsaitə «Sahibkarlığın hüquqi formaları», «Kreditin alınması», «Mühasibat uçotu», «Vergilərin ödənilməsi», «Biznes planının hazırlanması»bölmələri daxil edilmişdir ki, bu da sahibkarlığa yeni başlayanlar üçün çox vacib bir köməkdir. Hər bir bölməyə aid praktik nümunələrin salınması, metodik vəsaitdən praktik istifadəni xeyli asanlaşdırır.

Metodik vəsait sahibkarlığın inkişafında maraqlı olan təşkilatlar, biznes-məsləhət mərkəzləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün də faydalı ola bilər.

 

MS Office – Praktik istifadədə əsas məqamlar  

MS Office – Praktik istifadədə əsas məqamlar

“Ms Office- Praktik istifadədə əsas məqamlar” yaddaş kitabçasının hazırlanmasında əsas məqsəd fasiləsiz təhsilin təşkili çərçivəsində, müxtəlif peşə, fəaliyyət və sosial mənsubiyyəti olan kitabxana istifadəçiləri və digər icma təmsilçiləri tərəfindən Ms Office proqramlarından cari istifadənin asanlaşdırılmasıdır.

Bu vəsait «Bilik» QHT tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.

Son xəbərlər
Statistika
Flag Counter
Təqvim
Июль 2024
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
293031